Şəki şəhəri 11 nömrəli tam orta məktəb – Fotorubrika | |
Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər respublikanın qocaman məktəblərindən biri olan 95 yaşlı Şəki şəhəri 11 nömrəli tam orta məktəbdəndir. Sözügedən məktəb 1925-ci ildə istifadəyə verilib.
Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə yeni tikilmiş Şəki şəhəri 11 nömrəli tam orta məktəb 960 yerlikdir. Məktəbdə 40 sinif otağı ilə yanaşı hər cür avadanlıqla təchiz olunmuş məktəbəhazırlıq otağı, fizika, kimya, biologiya, texnologiya, informatika, çağırışaqədərki hazırlıq, linqafon kabinetləri, tibb otağı, kitabxana, akt zalı, idman zalı, yeməkxana vardır.
Məktəbdə şagirdlərin humanist, vətənpərvər ruhda yetişdirilməsi üçün “Vətən oğlu” adlı Hərbi-vətənpərvərlik klubu, intelektual səviyyələrinin artırılması üçün “İntellektual klub”, xüsusi istedada malik şagirdlərin yaradıcılıq potensialının gücləndirilməsi məqsədi ilə isə “Kiçik akademiya” fəaliyyət göstərir.
Hazırda məktəbdə 930 şagird, həmçinin 4 məktəbəhazırlıq qrupunda 85 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 121 müəllim məşğul olur.
Məktəbi 2018-2019-cu tədris ilində bitirmiş 49 məzundan 38 nəfəri ali təhsil,11 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.
Şagirdləri müxtəlif olimpiada, müsabiqə və yarışlarda uğurla iştirak edən məktəb 2010-2011-ci və 2014-2015-ci illərdə ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Ən yaxşı ümumi təhsil müəssisəsi” adına layiq görülüb.
Məktəbin məzunları arasında ölkəmizin ictimai-siyasi həyatında xüsusi rolu olan ictimai-siyasi xadim, akademik və elm adamları var. |
|
05.02.2020 | 13:03 | |
|
|
|