Koronavirus əcnəbi tələbə mobilliyini pozdu | |
Böyük Britaniyanın "Times Higher Education" jurnalının məlumatına görə, təhlükəli koronavirusun yayılması və minlərlə tələbənin Çində fövqəladə vəziyyətdə qalması dünyada əcnəbi tələbə mobilliyinə ciddi təsir göstərə bilər. Bu barədə ali təhsil sektorunun liderləri həyəcan təbili çalmağa başlayıb.
Həftənin əvvəlindən Avstraliya, Yeni Zelandiya, ABŞ və Sinqapur Çindən gələn əcnəbilərin girişinə qadağa qoyan ilk ölkələr sırasında yer alıb. Yaponiya və Cənubi Koreya isə təhlükəli virusun yayıldığı Çinin Hubey şəhərindən olan səyahətçilərin girişinə qadağa qoyub. Bu arada Britaniyanın "British Airways" hava şirkəti İngiltərə və materik Çin arasındakı bütün uçuşları dayandırıb. Bu həftə İngiltərədə koronavirus aşkarlanan iki nəfərdən biri York Universitetinin tələbəsi olub.
Koventri Universitetinin beynəlxalq biznes professoru Mike Gou qeyd edir ki, universitetlər səfərlərin məhdudlaşdırılması ilə bağlı baş vermiş iqtisadi zərərləri aradan qaldırmağa çalışır. Lakin o, baş verənlərin təhsil baxımından ciddi problem olduğunu bildirib. Çindən səfərlərə qadağaların qoyulması Avstraliya təhsil sektoruna 8 milyard Avstraliya dolları (4.1 milyard fint-sterlinq) həcmində ziyan vura bilər. Bu ziyanın beşdəbir hissəsinin Çindən olan tələbələrlə bağlı olduğu nəzərə alınsa, itki daha çox çinli tələbənin təhsil aldığı 8 Avstraliya universitetində hiss olunacaq. Avstraliya Universitetləri birliyinin baş direktoru Katriona Cekson qeyd edib ki, universitetlər son günlərdə beynəlxalq tələbələrə təklif etdikləri rahatlığı, o cümlədən onlayn təhsil imkanlarını və tədrisin başlanması tarixlərini təxirə sala bilər. M. Gou xəbərdarlıq edib ki, Çində qalmış tələbələrlə əlaqə qurmaq çətinləşə bilər, çünki internet məhdudiyyəti onların virtual öyrənmə şəbəkələrinə daxil olmasına maneə yaradır. "Bəziləri hətta institusional elektron poçtlarına da baxa bilməzlər",- deyə professor bildirib.
Oruc MUSTAFAYEV |
|
04.02.2020 | 16:29 | |
|
|
|