“AgroHackathon 2020” müsabiqəsinə qeydiyyat başlanılıb | |
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Eazi Start” Startap və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “AgroHackathon 2020” müsabiqəsinə start verilib.
“Uzun il, qısa vaxt” şüarı ilə 29 fevral – 2 mart 2020-ci il tarixlərində keçiriləcək yarışmada komandalar 2020 dəqiqə müddətində verilən texniki tapşırıq əsasında işləyərək öz güclərini sınayacaqlar. “AgroHackathon 2020” müsabiqəsi üzrə I, II və III yerləri tutan komandalar pul mükafatı və digər qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
|
|
04.02.2020 | 15:35 | |
|
|
|