Məktəblilər üçün “Sağlam qidalanma, zərərli qadalar” seminarı

Bakı şəhər məktəblərində “Sağlam Təhsil- Sağlam Millət” layihəsi çərçivəsində tədbirlər təşkil olunur.

 

Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının əməkdaşları - dosentlər Zöhrə İsmayılova, Sədaqət Həsənova, Nigar Süleymanzadə, assistent İradə Mustafayeva və baş laborant Nərminə Məmmədzədə şagirdlər arasında “Sağlam qidalanma, zərərli qidalar” mövzusunda maarifləndirmə seminarları keçirirlər. Bu seminarlar düzgün qidalanma ilə bağlı  zəruri tövsiyələri özündə ehtiva edir. Şagirdlərə qidalanmanın əhəmiyyəti, faydalı və zərərli qidaların uşaq orqanizminə təsiri, sağlamlığın qorunması istiqamətində gərəkli bilgilər verilir.

 



04.02.2020 | 10:33