Dərslərdə rəqəmsal texnologiyalardan istifadənin riskləri

"Economist Intelligence Unit" və "Microsoft Education"un müəllimlər arasında birgə aparılan beynəlxalq tədqiqatın nəticələri açıqlanıb. Sorğu gedişində gənc müəllimlər təlim prosesində texnologiyalardan istifadə ilə bağlı üç əsas riski ayırd ediblər. Sorğuda bütün dünyadan mindən çox müəllim iştirak edib. Qlobal tədqiqatın nəticələri ilk dəfə Londonda keçirilən dünyanın ən böyük təhsil sərgisi olan "Bett 2020" də təqdim olunub. Rəyi soruşulan müəllimlərin təxminən 36% narahatlıqla bildiriblər ki, rəqəmsal texnologiyalardan istifadə ənənəvi bacarıqların və biliklərin şagirdlər tərəfindən itkisinə gətirib çıxaracaq. Məsələn, əl ilə yazmaq bacarığı.

 

İkinci risk uşaqların virtual dünyaya daha çox qapılması ilə bağlıdır. Müəllimlərin 34% bu barədə danışır. Onların fikrincə, şagirdlər sosial şəbəkələrdə daha çox vaxt keçirir və daha az canlı ünsiyyət saxlayırlar.


Üçüncü yerdə ən geniş yayılmış risk qərarlaşıb. Respondentlərin 28 faizi hesab edir ki, qadjetlər uşaqları dərslərdən və məşğələlərdən yayındırır. Bundan əlavə, müəllimlər həm də tədris prosesində rəqəmsal texnologiyalardan istifadə üzrə öz bacarıqlarını da qiymətləndiriblər. 38% respondent hesab edir ki, texnologiyaların effektiv istifadəsi üçün onların hazırlıqları kifayət qədərdir. 36% qeyd edir ki, onlara texnologiya vasitələri çatmır. Rəyi soruşulanların 31 faizi isə məktəbə daha geniş dəstək sistemi lazım olduğunu düşünür.


Müəllimlər, həmçinin tədris prosesinə rəqəmsal texnologiyaların tətbiqinin müsbət tərəflərini də qeyd ediblər. 36% respondent uşaqların təlimə daha artıq dərəcədə cəlb olunmasını bildiriblər. Onların fikrincə, rəqəmsal texnologiyalar interaktiv oyun və mövzuya hərtərəfli bağlanma vasitəsilə uşaqlarda tədris fənlərinə maraq oyatmaqda kömək edir.


Müəllimlərin 31 faizi üstünlük kimi müstəqil öyrənmə imkanını göstəriblər. Kurslar, videodərslər və onlayn formatda mühazirələr təlimi distant keçməyə, eləcə də rəsmi tədris planına daxil olmayan fənləri öyrənməyə imkan verir.

 

Bundan əlavə, müəllimlər qeyd edirlər ki, rəqəmsal texnologiyalardan bütün ixtisaslar sahəsində peşəkar hazırlıq üçün istifadə olunur. Qadjetlərlə savadlı işləmək bacarığı praktik olaraq hər bir müasir işçidən tələb edilir. "Power Point" və "Excel"-dən tutmuş 3D-də mühəndislik sahəsində ciddi proqramlaşdırmaya və "Photoshop"-a qədər ciddi səriştələr vacib hesab olunur.   


“Prioritet bacarıqlar arasında yalnız məktəblilərin ümumi deyil, həm də rəqəmsal savadlılığı durur. Onların sırasında daha çox kommunikativlik, kreativlik, kritik düşüncə və əlbəttə ki, emosional intellekt də var",- deyə "Microsoft"un təhsil bölməsinin meneceri Mark Sparvella bildirib.

 

Oruc MUSTAFAYEV



03.02.2020 | 11:13