“Xocalı kuboku” turnirində uğurlu çıxış | |
“Xocalıya ədalət!” devizi altında təşkil olunan kikboksinq üzrə üçüncü “Xocalı kuboku” turnirində “Ağ canavar” kikboksinq klubunun təmsilçiləri uğur qazanıblar.
Klubun üzvləri yarışda 8 qızıl, 5 gümüş və 3 bürünc medala sahib olublar. Klubun prezidenti, dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov bildirib ki, yeniyetmə və gənclərin yarışdıqları turnirdə klubun yetirmələri - dünya və Avropa çempionu, dünya kubokunun ikiqat qalibi Amil Quliyev (48 kq), dünya kubokunun sahibi Nicat Ələkbərli (52 kq) xüsusilə fərqləniblər. Onun sözlərinə görə, belə tədbirlər gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır.
“Xocalı kuboku”nun təşkilində əsas məqsədin soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək, gənc kikboksçulara bu soyqırım haqqında ətraflı məlumat vermək və onlarda vətənpərvərlik hissini gücləndirmək olduğunu deyən E.Məmmədov yarışın yüksək səviyyədə keçirildiyini söyləyib.
Qeyd edək ki, Bakı İdman Sarayında keçirilən turnirə 50-yə yaxın komandanın heyətinə 500-dək idmançı qatılıb.
Sifai SƏFƏROVA |
|
29.01.2020 | 20:13 | |
|
|
|