BANM Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib | |
Bakı Ali Neft Məktəbi (BANM) akademik Xoşbəxt Yusifzadə adına təqaüd təsis edib. Azərbaycan neft sənayesinin canlı əfsanəsi, bu sahəyə böyük töhfələr vermiş SOCAR-ın Birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin adına təsis edilmiş təqaüd BANM-də keçirilən yubiley tədbirində ilk sahiblərinə təqdim olunub.
Təqaüdə BANM-in Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Nihad Abbasov (ali məktəbə qəbul imtahanı göstəricisi - 700 bal) və Nadir Namazov (ali məktəbə qəbul imtahanı göstəricisi - 695 bal) layiq görülüblər.
Onların hər ikisi, eyni zamanda Prezident təqaüdçüləridirlər. Təqaüd adıçəkilən tələbələrə tədris illəri ərzində əldə etdikləri yüksək nəticələrə və təhsil ocağının sosial-ictimai fəaliyyətindəki fəallıqlarına görə təqdim olunub. |
|
29.01.2020 | 16:41 | |
|
|
|