İnsan coğrafiyasına dair müzakirələr vahid topluda | |
AMEA -nın Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti və Rusiya İctimai Coğrafiyaçıları Assosiasiyasının “Azərbaycanda və Rusiyada insan coğrafiyası: XXI əsrdə inkişafın əsas yolları” adlı toplu nəşr olunub.
Kitabda 2018-ci ilin mayında Bakı şəhərində keçirilən Azərbaycan və Rusiya ictimai coğrafiyaçılarının beynəlxalq konfransının materialları toplanıb. Konfransda “İctimai coğrafiya” elminin (İnsan coğrafiyası) qarşısında duran vəzifələr, onların hazırda yerinə yetirilməsinin vəziyyəti, elmi- tədqiqatların prioritet istiqamətləri, onların həlli yolları müzakirə edilib.
Qeyd edək ki, toplu elmi işçilər, magistrlər, tələbələr və geniş oxucu kütləsi üçün maraqlı olacaqdır. |
|
27.01.2020 | 18:35 | |
|
|
|