Məzun doğma məktəbə 1 milyon dollar hədiyyə etdi | |
Rusiyanın "Texnonikol" şirkətinin şəriki İqor Rıbakov məzunu olduğu Maqnitoqorsk 56 nömrəli orta məktəbə 1 milyon dollar hədiyyə edib.
O qeyd edib ki, hədiyyə məqsədli kapitalın əsasını təşkil edəcək və pul vəsaitindən əldə olunan gəlirlər müəllimlərə və təqaüd kimi şagirdlərə ödəniləcək.
"Rusiya qəzeti"nin yazdığına görə, Maqnitoqoskda hədiyyəni çoxdan gözləsələr də, hər halda gözlənilməz təşəbbüs kimi qarşılanıb. Məsələ ondadır ki, mesenatların pul vəsaitləri əsasında yaradılan endaument-fondlar bu gün artıq dünyanın və Rusiyanın bir sıra universitetlərində tətbiq olunur. Pul vəsaitləri iri şirkətlər tərəfindən dövriyyəyə buraxılır, elmi mərkəzlər isə onlardan zəmanətli illik gəlirlər alır. Onlardan ən məşhuru Harvard Universitetindədir. İndi isə anoloji fond, cüzi də olsa, riyaziyyatın dərinləşdirilmiş təlimini həyata keçirən Maqnitoqorsk məktəbində yaradılır.
Məktəbin direktoru Yelena Kaduşkinanın sözlərinə görə, bir milyon dollardan əldə olunan illik gəlir - 10 faiz pul kütləsi müxtəlif layihələrin dəstəklənməsinə yönəldiləcək. Maqnitoqorsk şəhər Təhsil İdarəsinin müdir müavini Olqa Biryukun deyib: "Təbii ki, qarşımızda açılan üfüqlər gözqamaşdırıcıdır. Lakin pullara təsisçinin başçılığı ilə ictimai şura sərəncam verəcək, çünki məktəb məqsədli təyinatdan başqa bir qəpik belə xərcləyə bilməyəcək". Forbes-in milyarderlər siyahısında adı keçən İqor Rıbakov təntənəli tədbirə baş çəkə bilməyib, ancaq müəllimlər və məktəblilərlə videobağlantısında öz doğma məktəbinə minnətdarlığını ifadə etdib. O əmin olduğunu bildirib ki, doğma məktəbi bundan sonra da onun kimi alicənab məzunlar yetişdirəcək. Onun sözlərinə görə, məhz müəllimlər ona həyatda çox çətin şeyləri anlamağa kömək ediblər.
Məlumata görə, artıq İ.Rıbakovun keçmiş məktəb yoldaşları da onun aksiyasına qoşulacaqlarını vəd ediblər. Oruc MUSTAFAYEV
|
|
25.01.2020 | 17:54 | |
|
|
|