“MEDİATS” layihəsi çərçivəsindəki təlimlər | |
Gəncə Dövlət Universitetinin tərəfdaş kimi iştirak etdiyi Avropa Komissyasının “Erasmus+” proqramının “MEDIATS” layihəsi çərçivəsində İspaniya Krallığının Mursiya şəhərində yerləşən San Antonio adına Katolik Universitetində intensiv təlim və tədris təcrübəsi formatında görüşlər təşkil edilib.
Qeyd edək ki, “MEDİATS” layihəsinin əsas məqsədi universitetləri mediasiya sahəsində aparıcı qüvvələrə çevirmək, Azərbaycanda, Gürcüstanda və Ukraynada Avropa təcrübəsindən faydalanaraq münaqişələrin məhkəməyə qədər obyektiv həllini yaxşılaşdırmaqdan ibarətdir.
Tədbirdə Gəncə Dövlət Universitetinin əməkdaşları, şöbə müdirləri iştirak ediblər. “Mediasiya”- təlimin və cəmiyyətin transformasiyası” (MEDİATS) adlı layihənin üçünçü görüşündə altı ölkədən olan on universitetin təmsilçiləri bir araya gəliblər.
Təlimlər paralel olaraq iki bölmədə aparılıb. Bir qrup əməkdaş tədris təcrübəsi görüşlərində iştirak edib, onlarla İspaniyada mediasiya siyasətinin tətbiqi, mediasiya üzrə magistratura proqramının və Azərbaycanda mediasiya federasiyasının yaradılmasına dair müzakirələr aparılıb. Rus və ingilis dillərində aparılan təlim günlərində tədris- təcrübə görüşlərinin iştirakçıları Mursiya Regionunun Vəkillər Kollecini və Mursiya Regionun Ədliyyə Nazirliyini də ziyarət ediblər. Təlim-təcrübənin yekununda əməkdaşlarımız Elturan Yusifov və İlqar Kubişev beynəlxalq iştirakçı sertifikatı ilə təltif olunublar.
Təlimlərin bir hissəsi isə intensiv seminara həsr olunub. Bir həftə davam edən seminar- məşğələdən sonra iştirakçılar üç ölkə (Niderland Krallığı, Latviya, İspaniya) təcrübəsinin yekunu kimi imtahan verərək beynəlxalq diplomlara layiq görülüblər.
|
|
26.01.2020 | 11:01 | |
|
|
|