“Türkdilli əlyazma və çap kitabları kataloqu”

AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “Türkdilli əlyazma və çap kitabları kataloqu” çapa hazırlanır.

 

Bu münasibətlə fondda sözügedən nəşrin müzakirəsi keçirilib.

 

Kataloqun tərtibçisi,  fondun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov bildirib ki, kataloqda fondda mühafizə olunan 200-dək türkdilli əlyazma və çap kitablarının  elmi təsviri verilib. Oxucuların kataloqdan istifadəsini asanlaşdırmaq məqsədilə kitabın sonuna “Göstəricilər” bölməsi əlavə edilib.

 

Müzakirələrdə çapa hazırlanan kataloqun gələcəkdə aparılacaq tədqiqatlar üçün önəmli tarixi mənbəyə çevriləcəyi vurğulanıb.

 

Qeyd edək ki, Əlyazmalar Fondunda 500-dən çox qədim əlyazma və çap kitabları mühafizə olunur. 2016-cı ildən etibarən fond əməkdaşları həmin əlyazma və çap kitablarının kataloqunun hazırlanması işlərinə başlayıb. “Farsdilli əlyazma və əski çap kitablarının kataloqu” adlı ilk kataloq 2018-ci ildə bölmənin “Tusi” nəşriyyatı tərəfindən çap olunub.



25.01.2020 | 11:45