Təhsil gələcəyin ən yaxşı sərmayəsidir

24 yanvar  Beynəlxalq Təhsil Günü ilə bağlı  YUNESKO-nun baş direktoru xanım Odre Azulenin  dünya ölkələrinə müraciəti yayımlanıb. Müraciətdə  qeyd olunur ki, bu beynəlxalq gündə insanların, firavanlığın, planetin və sülhün mənafeyi naminə bəşəriyyətin gələcəyi üçün ən vacib olan dörd fəaliyyət sahəsindəki səylərimizin uğurlu olmasını təmin edə biləcək təhsilin  böyük potensialına hörmətlə yanaşırıq.  Beləliklə də bu gün bizə bir daha təhsilin bəşəriyyətin əvəzolunmaz bir qaynağı və dünyada milyonlarla insanın hələ də məhrum olduğu bir qaynaq olduğunu göstərir. 

 

Müraciətdə  bildirilir ki, YUNESKO-nun Statistika İnstitutu tərəfindən təsdiqlənən qlobal təlim böhranı ciddi narahatlığa səbəb olub.  “Və bu, başa düşüləndir: təhsilin dayanıqlı inkişaf məqsədlərinə çatmağın açarı olduğunu nəzərə alsaq, təhsil böhranı, rifah, planet, dünya və insanlar üçün, çiçəklənmə üçün yuxarıda göstərilən fəaliyyət sahələrinin hamısı üçün ciddi çətinliklər deməkdir”.

 

Qeyd olunur ki,  BMT-nin Davamlı inkişaf sahəsində Məqsəd 4-ün həyata keçirilməsi çərçivəsində beynəlxalq birliyin fəaliyyətinin əlaqələndirilməsi - “Keyfiyyətli təhsilə hamılıqla təminat”  bu mənada böyük məsuliyyət daşıyır.  “Məhz bu səbəbdən hər dörd istiqamətdə konkret addımlar atırıq. Əvvəla YUNESKO, təhsili inklüzivliyin artırılması üçün bir vasitə kimi istifadə edərək, hər kəs tərəfindən öz hüquq və imkanlarının tam şəkildə həyata keçirilməsində insanların marağına uyğun addım atır”. 

 

YUNESKO tarixində mühüm məqama çevrilən və bu günə qədər davam edən böyük savadlılıq kampaniyaları milyonlarla kişi və qadın üçün imkanlar pəncərəsini açıb.  Hər bir insanın belə imkanlara sahib olmasını təmin etmək üçün YUNESKO bu gün akademik mobilliyi təşviq etmək üçün səylər göstərir. Bu mənada əlamətdar hadisə, Ali Təhsil Sertifikatlarının tanınması haqqında ilk Qlobal Konvensiyanın Baş Konfransının 40-cı sessiyasında qəbul edilməsi oldu. Təhsil üçün fəaliyyət tərəqqi üçün hərəkət etmək deməkdir. Axı təhsil gələcəyin ən yaxşı sərmayəsidir.  Təhsil orta və uzunmüddətli dövrdə  yoxsulluq və bərabərsizliyi azaltmaq və sosial inteqrasiyanı təşviq etmək üçün ən təsirli yoldur. Buna görə də “Təhsil bizim gələcəyimizdir”  təşəbbüsü çərçivəsində YUNESKO qadınların təhsilini dəstəkləyir, həmçinin təhsildəki suallara cavab verməyə imkan verir. YUNESKO bütün üzv dövlətləri ekoloji təhsil və tərbiyəni məktəbəqədərdən  tutmuş ali təhsilə qədər öz tədris planlarına daxil etməyə çağırıb.  Bu problemi həll etmək üçün dövlətləri Təşkilatın təcrübəsi və bilikləri ilə təmin etməyə hazırıq.

 

Təhsilin dünyada sülhün qorunmasında ən vacib alət olduğu bildirilən müraciətdə qeyd olunur ki, “səylərimizin birləşdirilməsi və gücləndirilməsi məsələsinin hər zamankındən daha aktual olduğu bir dövrdə, YUNESKO bu  fürsətdən istifadə edərək, təhsil maraqları üçün hərəkətə keçir. Hamımız - yüksək səviyyəli siyasi liderlər və sıravi vətəndaşlar, dövlət orqanları və ictimai təşkilatlar, müəllimlər və valideynlər - hər kəs öz yerində, hər kəsin təhsil hüququ əldə etməsi üçün hər şeyi etməlidir. Bu, gələcək nəsillər qarşısında bizim məsuliyyətimizdir”.

 

Oruc MUSTAFAYEV

 



24.01.2020 | 09:22