“Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib

“Ümumi təhsil müəssisələrinin uşaq birliyi təşkilatının rəhbərləri arasında ən yaxşı təqdimat” müsabiqəsi keçirilir.

 

Müsabiqədə seçilən təqdimatların mövzuya uyğunluğu, nəzəri əsaslarının mövcudluğu, yaradıcı yanaşma, əldə edilən nəticənin aydın və səlis olması, elmi bilik və təcrübənin inkişafı kimi meyarlar əsas götürülür.

 

Müsabiqə üzrə təqdimatlar Münsiflər heyəti tərəfindən dinlənilir.

 

Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.

 

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə uyğun olaraq keçirilən müsabiqənin əsas məqsədi təhsil müəssisələrində qabaqcıl və yaradıcı uşaq birliyi təşkilatı rəhbərlərinin təcrübəsindən yararlanmaq, onlarla aparılan işləri daha da gücləndirmək və fəaliyyətlərinə stimul verməkdən ibarətdir.

 

 



23.01.2020 | 15:21