Sambo üzrə açıq paytaxt birinciliyi | |
Abşeron Olimpiya İdman Kompleksində 2002-2003-cü il təvəllüdlü idmançılar arasında sambo üzrə açıq paytaxt birinciliyi keçirilib. Birincilikdə 10 çəki dərəcəsi üzrə 127 idmançı mübarizə aparıb.
Döyüşkənlik məharəti nümayiş etdirən idmançılar yarışda Məhəmmədmehdi Əbilov (48 kq), Rasim Hüseynov (52 kq), Rövşən Hüseynov (56 kq), Rəvan Rüstəmli (60 kq), Kərəm Babazadə (65 kq), Murad Bəşirov (70 kq), İlkin Əhmədzadə (75 kq), Adil Adilzadə (81 kq), Cahangir Məmmədov (87 kq) və Orxan Məcidli (87 kq-dan yuxarı) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsini qazanıblar.
Birinci üç yeri tutan idmançılar isə BŞGİBİ tərəfindən diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıb.
Sifai SƏFƏROVA |
|
23.01.2020 | 18:30 | |
|
|
|