Rusiyanın maarif naziri dəyişdi | |
Rusiya Federasiyası Hökumətinin yeni tərkibi açıqlanıb. Son vaxtlara qədər Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidmətinə (Rosobrnadzor) rəhbərlik etmiş Sergey Kravtsov ölkənin yeni maarif naziri vəzifəsinə təyin olunub.
1997-ci ildən S. Kravtsov kiçik tədqiqatçıdan Rusiya Təhsil Akademiyasının (RAO) Təhsil İdarəetmə İnstitutunun laboratoriya müdiri vəzifəsinə qədər yüksəlib. 2002-2008-ci illərdə Rusiya Federasiyası Təhsil Nazirliyində, Təhsil və Elmə Nəzarət Federal Xidmətində işləyib. 2008-2009-cu illərdə Federal Test Mərkəzinə, 2009-cu ildən 2011-ci ilədək Rusiya Təhsil Akademiyasının Təhsil İdarəetmə İnstitutuna rəhbərlik edib. 2011-ci ilin aprel ayında Rusiya Təhsil və Elm Nazirliyinin Regional İnkişaf İdarəsinə, 2012-ci ilin iyul ayından idarənin Proqram idarəetmə və müsabiqə prosedurları şöbəsinə rəhbər təyin olunub.
2013-cü ilin avqustundan S. Kravtsov Təhsil və Elmə Nəzarət Federal Xidmətinin rəhbəri təyin edilib. O, 2017-ci ildə "Rosobrnadzor"un rəhbəri olmaqla yanaşı, həm də Rusiya Federasiyasının təhsil və elm nazirinin müavini olub. 2018-ci ildə hökumətin strukturu dəyişdirildikdən sonra "Rosobrnadzor" nazirliyin tabeçiliyini tərk edib.
Sergey Kravtsov 2016-cı ilin avqust ayından Rusiya Təhsil və Elm Nazirliyinə, 2018-ci ilin mayından isə Rusiya Maarif Nazirliyinin rəhbəri olmuş Olga Vasilyevanı əvəz edib.
Oruc MUSTAFAYEV |
|
22.01.2020 | 15:34 | |
|
|
|