“Əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror...” | |
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda 20 yanvar faciəsinə həsr olunan tədbir keçirilib.
İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Ələmdar Məmmədov Vətən yolunda şəhidliyin əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsi olduğunu bildirib:” Otuz il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələbləri kobudcasına pozulub”.
Daha sonra AMEA-nın müxbir üzvü İbrahim Əzizov, biologiya elmləri doktoru Səftər Süleymanov, institutun ümumi işlər üzrə direktor müavini Natiq Allahverdiyev çıxış edərək milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi haqqında danışıblar. Onlar bildiriblər ki, qanlı 20 Yanvar Sovet İttifaqının Azərbaycandakı idarəçiliyinin sonuna gətirib çıxardı və bu hadisədən sonra Azərbaycan öz dövlət müstəqilliyini bərpa etmək yolunda qətiyyətli addımlar atdı.
Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunan qısametrajlı film nümayiş etdirilib. |
|
17.01.2020 | 17:49 | |
|
|
|