“Səssizlik fərq deyil, eynilikdir!” adlı jest dili üzrə təlim | |
Respublika Uşaq Kitabxanasında uşaq və kitabxana əməkdaşları üçün “Səssizlik fərq deyil, eynilikdir!” adlı jest dili təlimi keçirilib. Təlim “Silent Communication” komandasının rəhbəri, jest dili tərcüməçisi Şamil Sabirzadə ilə komandanın əlaqələndiricisi, təlimçi, jest dili tərcüməçisi Könül Quliyeva tərəfindən hazırlanıb. İştirakçılara jest dilinın yaranma tarixi haqqında danışılıb və jest dilində istifadə olunan bütün hərflər əyani olaraq nümayiş etdirilib.
Qeyd edək ki, təlimin keçirilməsində məqsəd eşitmə və danışma məhdudiyyətli uşaqların kitabxanadan istifadəsi, informasiyanı düzgün qavramasından ibarət olub.
Tədbirin sonunda “Silent Communication” komandasının əməkdaşları tədbir iştirakçıları ilə birgə “Səssizlik fərq deyil, eynilikdir!” şüarını jest dilində səsləndiriblər.
Sifai SƏFƏROVA |
|
15.01.2020 | 18:22 | |
|
|
|