Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayon və Şirvan şəhər sakinlərinin nəzərinə!

Təhsil naziri Ceyhun Bayramov 23 yanvar 2020-ci il tarixində saat 11:00-da Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2020-ci ilin yanvar ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Hacıqabul, Salyan rayon və Şirvan şəhər sakinlərini qəbul edəcək. Qəbulda Hacıqabul, Salyan rayonlarında və Şirvan şəhərində müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

 

Təhsil nazirinin müavini Firudin Qurbanov 24 yanvar 2020-ci il tarixində saat 11:00-da Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində Neftçala və Biləsuvar rayon sakinlərini qəbul edəcək. Qəbulda Neftçala və Biləsuvar rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

 

Qəbula gəlmək istəyən vətəndaşlar 15-21 yanvar (saat 18:00-dək) 2020-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

 

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.



15.01.2020 | 10:49