“İdeal müəllim” kitabı çap olunub

Bakı Mühəndislik Universitetinin Riyaziyyat və İnformatika kafedrasının riyaziyyat müəllimi Bəhman Məmmədovun “ İdeal Müəllim ” kitabı nəşr edilib

 

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin ön söz yazdığı kitabda əsasən müəllimin praktiki fəaliyyəti əks olunub. Adından da göründüyü kimi kitabda ideal müəllim necə olmalıdır, müəllim sinifi necə idarə etməlidir, müəllim-şagird-valideyn münasibətləri necə qurulmalıdır və s. bu kimi məsələlərə aid orijinal metodlar yer alıb. Müəllifin  “Həndəsə” və “Riyaziyyatı öyrənə bilməmə xəstəliyi” adlı  kitabları da var .

 

Professor Əjdər Ağayev də kitab haqqında fikirlərində qeyd edir ki, burada təhsil və tədrisin aktual problemlərinə özünəməxsus yanaşma vardır.

 

Qeyd edək ki, kitabın müəllifi Bəhman Məmmədov BDU-da bakalavr, GDU–da magistratura və doktorantura təhsili alıb. 2008-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanı və Fəxri fərmanla təltif olunub. O, həm də ölkəmizdə Pifaqor akademiyasının (PI-Riyaziyyat evinin) qurucusudur.



08.05.2018 | 16:01