İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər | |
Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının üzvləri universitetdə 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının gedişi ilə yaxından tanış olublar.
Şura üzvlərinə semestr ərzində professor-müəllim heyəti tərəfindən tədris olunan ayrı-ayrı fənlər üzrə əldə edilən akademik biliklərin qiymətləndirilməsi prosesinin şəffaf, obyektiv və mütəşəkkil qaydada keçirilməsi üçün görülən işlər barədə məlumat verilib. Onlara bildirilib ki, yazılı formada keçirilən imtahanlarla bağlı yarana biləcək məsələlərlə əlaqədar tələbə və valideynlərin imtahan qərargahına, apelyasiya komissiyasına və şəxsən rektora müraciət etməsi üçün müvafiq şərait yaradılıb.
İmtahan auditoriyalarında tələbələrlə söhbət edən şura üzvləri imtahanların gedişi, sualların və biletlərin tərtibi, nəticələrin qiymətləndirilməsi və bir sıra digər məsələlərlə bağlı tələbələrin fikirlərini öyrəniblər.
Sonra şura üzvləri və MDU-nun rektoru Şahin Bayramovun iştirakı ilə keçirilən iclasda imtahan prosesinə dair ətraflı fikir mübadiləsi aparılıb, müvafiq tədbirlərin davamlı şəkildə keçirilməsi qərara alınıb. |
|
13.01.2020 | 15:41 | |
|
|
|