Həyatımızı dəyişəcək 5 transformasiya | |
Facebook-un rəhbəri Mark Zukerberq hər il ənənəvi olaraq Facebook-da öz işindən kənar yeni bacarıqların əldə edilməsi məqsədilə qarşısına şəxsi vəzifələr qoyur.
Facebook-dakı şəxsi səhifəsində yazdığı statusunda milyarder bu vəzifələrə öz evi üçün robot köməkçisinin yaradılması, kitab oxumağı, qaçışı, Mandarin dilini öyrənmək və özünün yemək hazırlamasını aid edib. Amma o, indi deyir ki, sadaladığı vəzifələr son onillikdə qalacaq və əvəzinə bir çox yeni məqsədlərlə irəliyə baxacaq.
Beləliklə də o, 2030-cu ilə qədərki dövrdə dünyanı dəyişəcək qlobal trendlər barədə proqnozlar vermək qərarına gəlib. Cəmiyyətin ona əhəmiyyətli görünən beş transformasiyasını qeyd edib.
Nəsil dəyişməsi
Milyarderin fikrincə, hazırda ictimai institutlar iqlim dəyişikliyi, təhsil, mənzil və səhiyyə xərclərinin artması da daxil olmaqla, gənc nəsillərin üzləşdiyi problemləri həll etmək üçün hələ də kifayət qədər səy göstərmirlər. "Mən yaxın 10 ilin sonuna qədər millenialların (80-ci illərin axırlarında - 90-cı illərin əvvəllərində doğulmuş nəsil) getdikcə daha çox sayda müəssisələri idarə edəcəyini gözləyirəm. Əminəm ki, gənc nəsil tərəfindən daha çox strategiyalar hazırlanacaq və uzunmüddətli perspektivdə onlar mövcud problemləri həll edə biləcəklər" ,-deyə Facebook-un yaradıcısı bildirib. Onun sözlərinə görə, məhz internet dövründə böyüyən nəsil tezliklə dünyanın taleyini həll edəcək və bəşəriyyətin ümumi inkişaf istiqamətini müəyyənləşdirəcəkdir.
M. Zukerberq həyat yoldaşı ilə birlikdə yaratdığı "Chan Zuckerberg İnitiative" Xeyriyyə Fondunun gənclərə yeni maraqlı layihələr yaratmaq, startaplar yaratmaq, kəşflər etmək və dünyanı daha yaxşı bir şəkildə dəyişdirmək üçün kömək etmək niyyətində oluğunu bildirib. Milyarder əmindir ki, gənc sahibkarlara auditoriya ilə əlaqə saxlamaq və öz məhsullarını inkişaf etdirmək imkanları da verilməlidir. O, "Chan Zuckerberg İnitiative" Fondunun gənc insanlara kömək etmək niyyətində olduğunu qeyd edib. Təşkilat ibtidai təhsilin uşaqların ehtiyacları üçün daha çox fərdiləşdirilməsinə yönəldilməsi, fərdi təhsilə sərmayə qoymağı və gənc sahibkarlar və alimlər üçün platforma təqdim etməyi planlaşdırır.
Yeni özəl sosial platforma
M. Zukerberq qeyd edib ki, internet dünyaya hər kəslə və hər yerdə ünsiyyət qurmağa imkan verən "supergüc" hədiyyə edib. Milyarder hesab edir ki, bununla yanaşı, internet öz unikal rolunu tapmaq istəyən insanlar üçün problemlər yaradıb. Milyardlarla insan artıq bir-birindən uzaqlaşaraq ancaq internet vasitəsilə əlaqə qururlar. O, ehtimal edir ki, yaxın onillikdə rəqəmsal mühit dəyişəcək: istifadəçilərə yaxınlıq hissini qaytaracaq kiçik cəmiyyətlər populyarlıq qazanacaq. Facebook rəhbərinin fikrincə, yaxın beş ildə rəqəmsal sosial mühit əsas diqqəti şəxsi ünsiyyətə və kiçik icmalara yetirəcək: “ Mən balaca bir şəhərdə böyümüşəm və orada öz yerini tutmaq asan olsa da, milyardlarla insan arasında öz unikal rolunu tapmaq çətin olurdu. Yaxın on ildə daha vacib sosial infrastrukturların bəziləri bizə bir-birimizə yenidən yaxın olmamız üçün bütün növ kiçik icmaların yenidənqurulmasında kömək edəcək”.
İmkanların genişləndirilməsi
Facebook-un təsisçisi qeyd edib ki, son 10 il ərzində texnoloji sahələrdə iqtisadiyyatın ən sürətli artımı müşahidə olunub. M.Zukerberq gözləyir ki, 2020-ci illərdə bu tendensiya davam edəcək, bu da kiçik biznesin iri koorporasiyalarda olan texnologiyalardan istifadə etməsinə imkan verə biləcək kommersiya və ödəniş alətlərinin yaranmasına gətirib çıxaracaq. Facebook kiçik biznesə dəstək göstərmək niyyətindədir. Mark yazır ki, platforma artıq 140 milyondan çox müəssisəyə müştərilərlə işləməkdə kömək edir. Onun sözlərinə görə, yeni onillikdə şirkət elə bir ticarət və ödəniş alətləri yaradacaq ki, onlar kiçik biznesə artıq iri müəssisələrin yararlandığı texnologiyalardan istifadə etmək imkanı yaradacaq: “Biz istəyirik ki, istənilən bir şəxs İnstagram-dan məhsul sata, Messenger vasitəsilə ismarıclar yollaya, öz müştərilərini dəstəkləyə və ya WhatsApp-la aşağı qiymətə və bir andaca evdən dünyanın başqa bir yerinə pul göndərə bilsin – bu, bütün dünya üzrə imkanların yaradılması üçün böyük əhəmiyyət daşıyacaq.
Amma istənilən halda güclü və stabil iqtisadiyyatı, ümumiyyətlə uğurlu olan insanlar yaradırlar. Buna nail olmağın ən yaxşı yolu – kiçik biznesin texnoloji şirkətə çevrilə bilməsini təmin etməkdir”. Facebook rəhbəri, həmçinin qeyd edib ki, gələcəkdə rəqəmsal icmaların idarə edilməsi yolları dəyişməlidir. Onun sözlərinə görə, hökumətlər özəl şirkətlərə məzmun, məxfilik və məlumatlar barəsində demokratik qaydalar müəyyənləşdirməkdə kömək edə bilərlər. Lakin şirkətlər müstəqil idarəetmə yollarını təmin etməlidirlər.
Yeni texnologiya platforması
Yeni idarə formaları
Milyarderin proqnozunda yeni idarəetmə formalarının yaranması da var.
Mark Zukerberqə görə, bu sualın doğru cavabı yoxdur. O belə hesab edir ki, bir çox hallarda cəmiyyətin fikrini nəzərə almaq lazımdır: “İcmalar üçün yeni özünütənzimləmə alətləri problemin həlli kimi çıxış edə bilərlər. Mənə elə gəlir ki, zərərli məzmuna, məxfiliyə və məlumat ötürülməsinə dair daha aydın qaydaları təyin etmək üçün faydalı olacaq bir neçə sahə var".
Oruc MUSTAFAYEV |
|
13.01.2020 | 13:32 | |
|
|
|