Məktəbimizdə - fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Sumqayıt şəhəri Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri liseyindəndir. 1986-cı ildən Sumqayıt şəhəri 32 nömrəli tam orta məktəb kimi fəaliyyətə başlayan təhsil müəssisəsinə 1991-ci ildən lisey statusu verilib.

 

Hazırda liseydə 1538 şagird təhsil alır.

 

2018-2019-cu tədris ilində liseyin məzunları ali təhsil müəssisələrinə qəbul imtahanlarında 100 faiz nəticə göstərib. 48 məzundan 25 nəfəri 600-dən yuxarı bal toplayaraq tələbə adını qazanıb. Məzunlardan 4 nəfəri Prezident təqaüdünə layiq görülüb.

 

Qeyd edək ki, "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.



07.01.2020 | 16:10