İki ali məktəb arasında memorandum | |
Xəzər Universiteti Həyat elmləri departamentinin müdiri Asəf Ömərov və departamentin dosenti Cavid Ocaqi Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, professor İbrahim Cəfərovla görüşüblər. Görüşdə qarşılıqlı elmi-tədqiqat işlərinin və müştərək layihələrin həyata keçirilməsi, yerli və beynəlxalq səviyyəli alimlərin təcrübəsindən yararlanmaq, beynəlxalq və respublika səviyyəli elmi konfrans, o cümlədən, sərgilərin birgə təşkilinin əhəmiyyəti müzakirə edilib.
Sonda ADAU ilə Xəzər Universiteti arasında elm, təhsil və tədqiqat üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb. |
|
07.01.2020 | 18:23 | |
|
|
|