Robotların insanları əvəz edəcəyi peşələr

Ümumrusiya  Əmək Tədqiqatları  İnstitutunun mütəxəssisləri robotların tezliklə insanları əvəz edə biləcəkləri peşələri araşdırıb. 

 

"Uçitelskaya qazeta"  mütəxəssislərin fikrinə əsasən bildirir ki,  robotlar , ilk növbədə  bugünkü  bir sıra  peşə sahiblərinin "standartlaşdırılmış" xidmətlər göstərdikləri sahələri zəbt edəcək.

 

"Rossiyskaya qazeta"nın yazdığına görə, bu, banklar, sığorta şirkətləri, turizm agentliklərinin işçilərinə - sənədləşmə və xidmətlərin satışı ilə məşğul olanlara aiddir. Artıq bu gün uzaqdan bir bank hesabı aça, təyyarəyə bilet ala və ya sığorta ədə edə  bilərsiniz.

 

Robotlaşma  həm də məlumatların daxil edilməsi və emalı ilə məşğul olan əməkdaşları- idarəçiləri və onların köməkçilərini də işsiz qoya  bilər. Texnologiyalar insanlara nisbətən daha böyük həcmdə məlumatlarla işləməyə imkan verir.
 

Yox olmaq təhlükəsi altında olan peşələrin digər bir qrupu yoxlama və nəzarət işçiləridir. Kassirlərin, nəzarətçilərin, satıcıların və ya mühafizəçilərin vəzifələri getdikcə İT texnologiyalarına əsaslanan avtomatlaşdırılmış sistemlər tərəfindən yerinə yetirilir.

 

Lakin Ümumrusiya Əmək Tədqiqatları İnstitutunda qeyd edirlər ki,  bu sahələrin işçiləri  tamamilə işsiz qalmayacaq.  Bir çox peşələr dəyişir. Robotlar və digər avtomatlaşdırılmış sistemlər tərəfindən mənimsənilən funksiyalar yalnız bir insanın edə biləcəyi daha mürəkkəb vəzifələrlə əvəzlənəcək.

 

Oruc MUSTAFAYEV



07.01.2020 | 14:38