“Əmək münasibətlərinin praktiki uçotu” | |
Naxçıvan Dövlət Universiteti (NDU) və Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin birgə nəşr etdirdiyi “Əmək münasibətlərinin praktiki uçotu” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
NDU-nun rektoru Elbrus İsayev kitabın elmi, təcrübi əhəmiyyətini qeyd edərək, dərs vəsaitinin universitetdə bu ixtisas üzrə seçmə fənn kimi tədris olunmasını tövsiyə edib, tələbələrin peşə hazırlığında kitabın mühüm əhəmiyyə malik olduğunu diqqətə çatdırıb.
“Mühasibat uçotu və maliyyə” kafedrasının müdiri, iqtisad elmləri doktoru Teymur Abbasov bildirib ki, kitabda əmək müqaviləsi, əmək kitabçası, əmək haqqının hesablanması, əmək məzuniyyətlərinin verilməsi, əmək pensiyalarının tənzimlənməsi, ezamiyyə və kompensasiyaların hesablanması ilə bağlı sualların cavablandırılması, həm bu ixtisas üzrə mütəxəssislərin, həm də bu sahə ilə maraqlanan hər bir şəxsin diqqətinə səbəb ola bilər. Vergi Məcəlləsində, sosial sığorta haqqında qanunda olan dəyişikliklərin izahı, kommersiya, büdcə təşkilatlarında mühasibatlıqla bağlı sualların cavabı, İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq standartlarına əsasən, mühasibat uçotunun aparılması qaydaları, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu kitabda dəqiq və aydın faktlarla əks olunub.
Naxçıvan Maliyyə Nazirliyinin “Gəlirlərin proqnozlaşdırılması” şöbəsinin müdiri Zahid Qəmbərov vurğulayıb ki, dərs vəsaitindən iqtisadi təmayüllü ali təhsil müəssisələrinin tələbələri, magistrlər, müəllimlər, müəssisələrdə çalışan mühasiblər, auditorlar və mühasibat elminə maraqlı digər şəxslər də istifadə edə bilərlər. |
|
28.12.2019 | 15:37 | |
|
|
|