ADPU-da Belçika səfirliyinin nümayəndələri ilə görü

Mayın 4-də Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Bert Schoofs və köməkçisi Sevil Qəhrəmanova Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) qonağı olublar. Görüşdə ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə iştirak ediblər.

 

Qonaqları salamlayan rektor Cəfər Cəfərov universitetin tarixi, tədris prosesi, tələbə həyatı, qarşıda duran vəzifələr, aparılan islahatlar, təhsilverənlərin fəaliyyətinin təkmilləşdirilməsi və keyfiyyətli nəticələr əldə edilməsi məqsədilə universitetə dəvət olunmuş ekspertlər haqqında məlumat verib.  

 

Görüşdə Belçika ali təhsil müəssisələri ilə əməkdaşlıq imkanları da müzakirə edilib.  Peşəkar müəllim yetişdirməyin, eyni zamanda gənc kadrların pedaqoji fəaliyyətə cəlb olunmasının əhəmiyyətindən, eləcə də Belçikadakı ali təhsil müəssisələrindən, təhsil haqlarından bəhs edən cənab səfir göstərilən diqqətə görə təşəkkürünü bildirib.



07.05.2018 | 18:43