SABAH nümayəndəsi və məzunları bələdiyyə üzvü seçilib | |
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3 məzunu bələdiyyə üzvü seçilib. ADNSU-nun “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə 2017-ci il SABAH məzunu Hüseyn Mürşüdlü Masallı rayonunun Təklə bələdiyyəsi, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə 2018-ci il SABAH məzunu Sabir Sabirli Neftçala rayonunun Qaçaqkənd bələdiyyəsi, “Neft-qaz qurğuları mühəndisliyi” ixtisası üzrə 2019-ci il SABAH məzunu Kəbləhüseyn Hüseynov Zirə bələdiyyəsinin üzvü seçilib.
Qeyd edək ki, ADNSU-nun SABAH qrupları üzrə koordinatoru Elşən Zeynalov isə Fatmayi bələdiyyəsinə üzv seçilib. |
|
26.12.2019 | 14:41 | |
|
|
|