Tibb fakültəsində istehsalat müşavirəsi | |
Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində istehsalat müşavirəsi keçirilib.
Universitetin rektoru Elbrus İsayev bildirib ki, muxtar respublikanın həkimlərə olan tələbatını ödəmək üçün ali təhsil ocağının Təbiətşünaslıq fakültəsi nəzdində Pediatriya ixtisasının yaradılması ilə tibb təhsili sahəsində yeni mərhələnin əsası qoyulub.
Vurğulanıb ki, 2019-cu ilin iyun ayında Tibb fakültəsi üçün müasir tibbi avadanlıqlarla təchiz edilmiş yeni tədris kompleksinin istifadəyə verilməsi bu sahədə aparılan inkişaf strategiyasına ən bariz nümunədir.
Rektor keçirilən müşavirənin əhəmiyyətini diqqətə çatdıraraq qeyd edib ki, 20 illik fakültənin fəaliyyətinin yüksəldilməsi, tədris və istehsalat bazalarının daha işlək hala gətirilməsi, yeni layihələrin, kadrların hazırlanması sahəsində yeni fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi prioritet məsələ olmalıdır.
“Naxçıvan Dövlət Universitetində tibbi kadrların hazırlığının indiki vəziyyəti, qarşıda duran vəzifələr” mövzusunda fakültənin dekanı, dosent Elsevər Əsədov çıxış edərək bildirib ki, 2003-cü ildən müstəqil fəaliyyət göstərən fakültədə hazırda 680-ə yaxın tələbə təhsil alır. Onlardan 300-dən çoxu xarici ölkə vətəndaşıdır. 2012-ci ildən rezidentura hazırlığına başlanan fakültədə 24 ixtisas üzrə rezident hazırlığı həyata keçirilir; hazırda 56 həkim-rezident də muxtar respublika xəstəxanalarından tədris-klinik baza kimi istifadə edir.
Müşavirədə müəllimlərin mövzu ilə əlaqədar təklifləri dəyərləndirilib və geniş müzakirələr aparılıb. |
|
26.12.2019 | 11:39 | |
|
|
|