“Fövqəladə hallarla bağlı davranış qaydaları” | |
Lənkəran Dövlət Humanitar Kollecində (LDHK) FHN–nin DYNX–nin Cənub Regional DYNİ–nin təşkilati dəstəyi ilə “Fövqəladə hallarda davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib. Kollecin müəllim və tələbələrinin qatıldığı tədbirdə Cənub Regional Mərkəzinin “Maarifləndirmə” sektorunun müdiri Zaur Hüseynov, Ərazi orqanları iş şöbəsinin baş zabiti Şəhriyar Hətəmov, DYNX–nin Cənub Regional Dövlət Yanğın Nəzarəti idarəsinin inspektoru Kamran Səttarzadə fövqəladə hallar sırasında ən geniş yayılmış hadisələrdən olan yanğınların törənməsi səbəbləri, onların lokallaşdırılması, nəticələrinin operativ aradan qaldırılması, qarşısının alınması barədə iştirakçılara məlumat veriblər.
Tədbirin praktik hissəsində baş vermiş yanğının söndürülməsi tələbələrə əyani olaraq göstərilib; yanğınların söndürülməsi qaydaları, daxili yanğınsöndürmə vasitələri haqqında lazımi bilgilər verilib; iştirakçıları maraqlandıran suallar cavablandırılıb. |
|
21.12.2019 | 13:58 | |
|
|
|