Vətəndaşlar qəbul edilib | |
Dekabrın 20-də paytaxtın Nəsimi və Binəqədi rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev paytaxtdakı 16 nömrəli Texniki-Humanitar Liseydə vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, əlavə tədris korpusunun tikilməsi, işə qəbul, şagirdlərin elektron yerdəyişməsi, dərs yükü, məktəb idarəetməsinin təkmilləşdirilməsi və digər müvafiq məsələlərlə bağlı müraciət ediblər.
İdarə müdiri vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb və onların icrası ilə bağlı müvafiq göstərişlər verilib.
Qeyd edək ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
|
|
20.12.2019 | 13:55 | |
|
|
|