“Azərbaycanın tanınmış qadınları Vikipediyada” | |
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK ) “Azərbaycanın tanınmış qadınları “Vikipediya”da” mövzusunda təqdimat keçirilib.
Elmi kitabxananın Leyla İmanova MEK-in Azərbaycanda informasiyanın kontent təhlükəsizliyinin Vikipediya fəaliyyətini Milli Rəqəmsal Yaddaş bazasının formalaşdırılması ilə yanaşı, vacib komponentlərindən biri olduğunu bildirib.
O, Vikipediyanın Azərbaycan dil bölməsi üzrə statistikasının dinamikası, eləcə də fəaliyyət alqoritmi barədə məlumat verib.
Müzakirələr zamanı Vikipediyanın Azərbaycan dil bölməsində məqalələrin sayının 152000-i ötməsi və 49-cu pilləyə qalxması, Metodik Mərkəzin könüllüləri tərəfindən Vikipediyanın 15-dən artıq xarici dil bölməsində Azərbaycana dair məqalələrin yerləşdirilməsi, Vikipediyanın elmiləşdirilməsi səsləndirilib.
Akademik İ.Həbibbəyli Vikipediyanın xarici dil bölmələrində fəaliyyətin gücləndirilməsini, məqalələrin daha çox etibarlı istinadlarla təmin olunmasını tövsiyə edib.
|
|
18.12.2019 | 17:28 | |
|
|
|