Çin və Macarıstanda təqaüd proqramlarına sənəd qəbulunun müddəti uzadılıb | |
2020-2021-ci tədris ili üzrə Çin və Macarıstanda təhsil təqaüd proqramlarına sənəd qəbulunun müddəti uzadılıb.
Hökümətlərarası Təqaüd Proqramları ( HTP ) çərçivəsində xaricdə təhsil üçün elan edilmiş sənəd qəbulunun son müddəti Çin təqaüd proqramı üzrə 6 yanvar, Macarıstan təqaüd proqramı üzrə isə 15 yanvar 2020-ci il tarixinədək uzadılıb.
Eyni zamanda, müsahibə mərhələsinə buraxılmaq üçün tətbiq edilən seçim meyarlarında bəzi dəyişikliklər edilib.
Ətraflı məlumatla Çin və Macarıstan elan mətnlərindən tanış ola bilərsiniz. |
|
16.12.2019 | 11:43 | |
|
|
|