“Həmrəylik düşərgəsi” bizə diqqət və qayğının nümunəsidir"

112 nömrəli tam orta məktəbin “Kiçik Akademiya” və Valideyn-Müəllim-Assosasiyasının rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Gənclər Təşkilatının sədr müavini Sərxan Şahverdiyev Qusarda təşkil edilən  “Həmrəylik düşərgəsi"ndə iştirak edib. 

 

S.Şahverdiyev bildirib ki, tədbir Azərbaycan Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Tələbə Gənclər Təşkilatları  İttifaqı, “Asan xidmət”  mərkəzlərinin birgə təşkilatçılığı ilə keçirilib.

 

Onun sözlərinə görə, tədbir Quba məzarlığının ziyarəti ilə başlayıb:”Müxtəlif rayonlardan və məktəblərdən olan gəncləri bir arada görüşdürən “Həmrəylik düşərgəsi” dostluğa, əməkdaşlığa, uğurların paylaşımına xidmət edən bir tədbir kimi təqdirəlayiqdir. Bu, dövlətimizin biz gənclərə verdiyi dəstəkdir”.  

 

S.Şahverdiyev bildirib ki, “Həmrəylik düşərgəsi”ndə yeniyetmələr, gənclər üçün intellektual oyunlar təşkil edilib, onların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə gözəl şərait yaradılıb və bütün iştirakçılar bu şəraitdən, göstərilən diqqətdən məmnun qalıblar.  



13.12.2019 | 16:34