Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı | |
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2020-ci il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir.
Müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş Dövlət Mükafatları Komissiyasının Əsasnaməsində göstərilən qaydalara uyğun hazırlanmalı və 2020-ci il aprelin 1-dək Komissiyaya təqdim edilməlidir.
Komissiyanın ünvanı: AZ 1066, Bakı şəhəri, Lermontov küçəsi, 68, Azərbaycan Respublikasının Nazirlər Kabineti. Əlaqə telefonu: 492-83-29. E-mail: nk@cabmin.gov.az |
|
13.12.2019 | 17:47 | |
|
|
|