Səfir Naxçıvan Dövlət Universitetində olub | |
Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi Naxçıvana rəsmi səfəri çərçivəsində Naxçıvan Dövlət Universitetində (NDU) olub.
Universitetin rektoru, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev Azərbaycan-Macarıstan münasibətlərinin bütün sahələrdə, o cümlədən elm və təhsildə uğurla inkişaf etdiyini bildirib. Rektor məlumat verib ki, universitetdə 10 ölkədən 800-ə yaxın tələbə ali təhsil alır. Rəhbərlik etdiyi ali məktəblə Macarıstan universitetləri arasında əməkdaşlıq imkanlarından danışan E.İsayev NDU-nun bir tələbəsinin hazırda Macarıstanın Budapeşt şəhərində yerləşən Beynəlxalq Biznes məktəbində ali təhsilini davam etdirdiyini vurğulayıb.
Səfir Naxçıvan və Macarıstan Erasmus + Universitetləri arasında qarşılıqlı əlaqə, Macarıstanda olan təqaüd proqramları haqda danışıb. Diplomat bildirib ki, tələbələr bakalavr və magistr üzrə Kənd təsərrüfatı və su menecmenti, Təbiət elmləri və davamlı inkişaf, Səhiyyə elmləri, Turizm, Mühəndislik, İnformasiya texnologiyaları, İqtisadiyyat, Biznes və menecment ixtisasları üzrə istənilən ixtisası seçməklə, doktorantura səviyyəsində təhsillərini Macarıstan ali məktəblərində davam etdirə bilərlər.
Görüşdə Erasmus+ çərçivəsində universitetlərarası qarşılıqlı əməkdaşlıqdan danışılıb və tələbələrin sualları cavablandırılıb.
|
|
11.12.2019 | 17:55 | |
|
|
|