Almaniyada 7 medal qazanıldı | |
Almaniyada uşaq taekvondoçular arasında keçirilən Avropa birinciliyinə yekun vurulub.
Yarışların sonuncu günündə daha iki taekvondoçumuz mükafatçılar sırasında yer alıb. Yarışda iştirak edən Elmira Bayrak (22 kq, Sumqayıt, “Təhsil”) və Süleyman Həsənov (24 kq, Gədəbəy “Gənclər İdman Klubu”) bürünc medalla mükafatlandırılıblar.
Qeyd edək ki, turnirin birinci günündə “Ümid” taekvondo klubunun yetirməsi Mehdi Budaqlı (27 kq) qızıl,, Aydın Süleymanov (32 kq, Sumqayıt “Təhsil”), Mürşüd Qasımov (39 kq, “Əmin”), Tamerlan Yaqubov (29 kq, FHN) gümüş, Fərdi Quşxani (35 kq, “Ümid”) isə bürünc medallar qazanıblar.
Taekvondoçularımız məşqçi-müəllimlərdən İlkin Şahbazov, Rəşad Məmmədov, Beyrək Bağırov və Ziya Qasımovun rəhbərliyi ilə mübarizə aparıblar.
Qeyd edək ki, yarışda 10 idmançı ilə mübarizə aparan idmançılarımız 7 medala layiq görülüblər.
Sifai SƏFƏROVA |
|
09.12.2019 | 18:29 | |
|
|
|