Milli rəqslərimiz özbək tələbələrdə maraq oyadıb

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) İncəsənət fakültəsinin tələbəsi Ruslan Hacıyev Daşkənd şəhərində Özbəkistan Xoreoqrafiya Akademiyasının tələbələri üçün Azərbaycan milli rəqsindən ustad dərsi keçib.

 

Özbək tələbələrində böyük maraq oyadan ustad dərsi zamanı Azərbaycanın milli rəqslərindən, həmçinin Bakı Xoreoqrafiya Akademiyasının qazandığı uğurlardan söz açılıb. Rəqs hərəkətlərinin təqdimatı ilə interaktiv tərzdə hazırlanan ustad dərsi mütəxəssislərin rəyinə əsasən, Özbəkistan-Azərbaycan mədəni əlaqələrinin möhkəmlənməsi və inkişafına xidmət edir. Ustad dərsinin nəticəsi olaraq tələbələrlə hazırlanan Azərbaycan “Yallı”sı nümayiş olunub.

 

Sonda ustad dərsini yüksək peşəkarlıqla keçdiyinə görə Ruslan Hacıyev Özbəkistan Xoreoqrafiya Akademiyasının rektoru tərəfindən təşəkkürnamə  alıb.

                   

Sifai SƏFƏROVA



07.12.2019 | 11:42