“QİÇS əsrin bəlasıdır” adlı tədbir keçirilib | |
1 dekabr “Ümumdünya QİÇS-lə mübarizə günü” ilə əlaqədar olaraq Bakı şəhəri 9 nömrəli tam orta məktəbdə “QİÇS əsrin bəlasıdır” adlı gənclər arasında maarifləndirici tədbir keçirilib.
Təhsil Nazirliyi Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən tədbirdə 80 nəfər olmaqla məktəbin 8, 9 və 10-cu sinif şagirdləri, həmçinin müəllim kollektivi iştirak edib.
Tədbirdə QİÇS-lə bağlı məlumat verilib, videoçarx nümayiş olunub, iştirakçılara məlumatlandırıcı buklet, təqvim, broşür paylanılıb.
Tədbirdə şagirdlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
|
|
06.12.2019 | 12:20 | |
|
|
|