Hesablama təfəkkürünü inkişaf etdirən layihə

Sumqayıt şəhəri  Gənclər Evində “Tələbər arasında “Polyup” ilə hesablama təfəkkürünü inkişaf etdirək” layihəsinə  start verilib.

 

“Sumqayıt Tələbələri” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirə  Sumqayıt şəhərində yerləşən ali, orta ixtisas, peşə təhsil müəssisələrinin tələbələri və ümumtəhsil müəssislərinin şagirdləri qatılıb.  Layihənin məqsədi şagirdlər və tələbələr arasında hesablama düşüncəsini inkişaf etdirmək, real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş oyun tipli təhsil platformasında şagirdlərə öz bilik və bacarıqlarını kəşf etməyə imkan yaratmaqdan ibarət olub.

         

Sifai SƏFƏROVA

 



03.12.2019 | 16:45