Şəhid valideynləri ziyarət olunub

Lənkəran Dövlət Humanitar Kolleci Tələbə Gənclər Təşkilatının könüllüləri xeyriyyə aksiyasında iştirak ediblər.

 

Qeyd edək ki, aksiyanın təşkilatçıları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şəhər şöbəsi, ASAN Xidmət,  Lənkəran şəhər Gənclər və İdman İdarəsidir. Məqsəd Azərbaycanın ərazi bütovlüyü uğrunda şəhid olmuş qəhrəmanların ailələrinə mənəvi dəstək göstərməkdən ibarət idi.

 

Tələbələr əvvəlcə Lənkəran şəhərinin mərkəzində ucaldılmış Səhidlər kompleksini, daha sonra Lənkəran rayonunun Boladi, Osaküçə, Girdəni, Hirkan və Mamusta kəndlərindən olan şəhidlərin valideynlərini ziyarət ediblər.

 

Valideynlərlə söhbətdə belə tədbirlərin gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün yaxşı bir layihə olduğu nəzərə çatdırılıb.

 

Sonda şəhid ailələrinə dövlət qurumları  tərəfindən gətirilmiş hədiyyələr təqdim edilib.



02.12.2019 | 12:31