Türkiyəli cərrahın çeşidli xəstəliklər üzrə mühazirəsi | |
Türkiyənin Malatya şəhərindən İnönü Universiteti Tibb fakültəsinin professoru, Turqut Özal Tibb Mərkəzinin cərrahı Cengiz Ara Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində ustad dərslərinə dəvət edilib.
Cərrah Müalicə işi, Tibbi profilaktika ixtisasının tələbələrinə hər gün iki dərs olmaqla, 5 gün mühazirə oxuyub.
Mühazirənin ilk günündə cərrah kəskin ağrılarla müşayiət edilən appendisit, bağırsaq ağrılarından danışıb. Mədəaltı vəzi, öd kissəsinin iltihabi xəstəliklərindən tələbələr mühazirənin II günündə məlumat alıblar. Cərrah xoş və bədxassəli şişlərdən, döz vəzi, yoğun və düz bağırsaq xərçəngindən ətraflı məlumat verib.
Mühazirənin sonuncu günündə yüksək qan təzyiqi, onu yaradan səbəblər və müalicə üsulları tələbələrə izah edilib. Keçirilən mühazirələrdə slaydlardan istifadə edilməsi tələbələr üçün daha anlaşıqlı və yaddaqalan olub.
Qeyd edək ki, universitetin bütün fakültələri, xüsusən də Tibb fakültəsinə mütəmadi olaraq Azərbaycandan və Türkiyədən professor-müəllim heyəti dəvət olunur. Dəvət təcrübəli mütəxəssislər tərəfindən universitetin müəllim və tələbələrinin tibbi təcrübəsinin, müvafiq sahəyə uyğun bacarıqlarının artırılması xarakterini daşıyır. |
|
01.12.2019 | 12:53 | |
|
|
|