UNEC-də “Conversation Club" | |
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Xarici dillər kafedrasının müəllimləri amerikalı həmkarlarının iştirakı ilə “Conversation Club” təşkil edir.
UNEC-dən bildirilib ki, "Conversation Club” 10 nəfərlik söhbət qruplarında baş tutur. Məşğələlər hər həftənin müxtəlif günləri fərqli saatlarda keçirilir. Bir müzakirənin müddəti 1 saatdır. Məşğələlər interaktiv metodlarla, prezentasiyaların hazırlanması, qrup halında debat və öyrədici xarakterli mövzuların ingilis dilində müzakirəsi formatında keçirilir. |
|
28.11.2019 | 17:45 | |
|
|
|