“Fəal seçki hüququna malik gənclərin maarifləndirilməsİ” | |
Müstəqil Dövlətlər Birliyi(MDB) Parlamentlərarası Assambleyanın(PAA) iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialı Gəncə Dövlət Universitetində(GDU) maarifləndirici tədbir keçirib.
Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva bildirib ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, cəmiyyətin sosial, humanitar, iqtisadi və siyasi həyatında mühüm rol oynayır, beləliklə, yaradılan şərait nəticəsində onlar cəmiyyətin hərəkətverici qüvvəsinə çevrilib.
Seminarda çıxış edən MDB PAA iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun Bakı filialının əməkdaşları qeyd ediblər ki, vətəndaşların seçki hüquqlarına riayət olunması sahəsində informasiya mübadiləsi, qabaqcıl təcrübənin ümumiləşdirilməsi və səmərəli inkişafına şərait yaradılması, eləcə də ilk dəfə səs verən gənclərin, həmçinin fəal seçki hüququna malik gənclərin maariflənməsi üçün belə tədbirlərin keçirilməsi vacibdir.
İlk dəfə səsvermə hüququ qazanmış gənclərə seçicinin hüquq və vəzifələri haqqında ətraflı məlumat verilərək bildirilib ki, bugünkü müasir dövrün tələbləri gənclər qarşısında daha böyük imkanlar, daha böyük şərait yaradır ki, gənclər Azərbaycan adına istənilən platformada təmsil oluna bilsinlər.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb. |
|
28.11.2019 | 12:30 | |
|
|
|