Alimləri, tədqiqatçıları bir araya gətirəcək konfrans | |
Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin (BMU) birgə təşkilatçılığı ilə “Azərbaycanın innovativ inkişafında mühəndisliyin rolu: hədəflər və perspektivlər” adlı beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Konfransın keçirilməsində əsas məqsəd mühəndislik elmləri üzrə alimləri, tədqiqatçıları, dövlət və özəl sektor işçilərini bir araya gətirmək, həmçinin yeni araşdırmaları, düşüncələri bölüşmək və problemlərin həlli yollarını tapmaqdan ibarətdir.
İki gün davam edəcək konfransda mövcud inkişaf və dəyişikliyə uyğun fəaliyyəti gücləndirmək, eləcə də ölkəmizin gələcəyinə töhfə vermək istiqamətində də geniş müzakirələr aparılacaq.
Qeyd edək ki, BMU-da keçiriləcək konfransa təqdim olunan və təşkilat komitəsi tərəfindən seçilən işlər toplu şəklində nəşr ediləcək.
|
|
27.11.2019 | 16:31 | |
|
|
|