“Heydərbabaya salam” poeması müzakirədə

Naxçıvan Müəllimlər İnstitutunda Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya  salam” poemasının müzakirəsi keçirilib.

 

İnstitutun rektoru Elbrus İsayev M.Şəhriyarın sadə üslubda, milli dil normalarına uyğun yazılmış şeirlərinin, xüsusən “Heydərbabaya salam” poemasının oxucuda yaratdığı bədii-estetik zövqdən danışaraq mütaliənin insan həyatındakı müstəsna roluna toxunub.

        

Qeyd olunub ki, Naxçıvan Ali Məclisi sədrinin “Oxunması zəruri olan kitablar” haqqında verdiyi sərəncam nəticəsində gənc nəsildə oxumağa, mütaliəyə marağın günü-gündən artması müşahidə edilir.

        

İnstitutun kitabxana müdiri Şəfayət Sadiqova Şəhriyarın həyat yolu haqqında tədbir iştirakçılarına geniş məlumat verib və bildirıb ki, görkəmli şair klassik şeirin bütün şəkillərində şeirlər yazıb, ədəbiyyatı yüksək məzmunlu qəzəl, qəsidə, məsnəvi, qitə və rübailərlə zənginləşdirib.

        

Sonra tələbələrin ifasında “Heydərbabaya salam” poemasından parçalar dinlənilib və dəyirmi masa arxasında poemanın dil, üslub xüsusiyyətləri haqqında müzakirə keçirilib.

        

Tədbirin sonunda “Heydərbabaya salam” poemasına dair videoçarxa baxış da olub.



26.11.2019 | 12:41