“Vətənim Azərbaycan” layihəsinin iştirakçıları muzeylərə ekskursiya edib

Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsinin qalibi olmuş “Vətənim Azərbaycan” layihəsinin  final turuna vəsiqə qazanan 6 Lənkəran ümumtəhsil müəssisələrini təmsil edən komandaların toplamda 30 nəfər şagirdi və komandalar üzrə səlahiyyətli müəllimlərin iştirakı ilə Lənkəran şəhərində Heydər Əliyev muzeyi və Lənkəran şəhər Tarix-Diyarşünaslıq Muzeyinə ekskursiya təşkil olunub.

 

Ekskursiya çərçivəsində məktəblilər  ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı ilə bir daha yaxından tanış olublar.

 

Şagirdlər Lənkəran şəhər Tarix-Diyarşünaslıq muzeyində Azərbaycanın tarixi dövrlərinə aid eksponatlar sayəsində qədim zamanlardan  bugünə qədər yaşadığımız ərazilərdə insan sivilizasiyasının inkişafı ilə bağlı geniş məlumatlar əldə ediblər .

         

Qeyd edək ki,  “Vətənim Azərbaycan” layihəsi çərçivəsində Lənkəran rayonunun ümumtəhsil müəssisələrinin şagirdləri arasında Azərbaycanın tarixi və coğrafiyası üzrə breynrinq – bilik yarışının Lənkəran rayonunda nəzərdə tutulmuş bütün istiqamətlər üzrə ilkin turları uğurla başa çatıb.  6 Lənkəran məktəbi finala vəsiqə qazanıb.



25.11.2019 | 18:20