Aşqabadda erməni yalanının ifşası | |
Türkmənistanın paytaxtı Aşqabad şəhərində "Təhsil və idman" problemlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Konfransa Azərbaycandan da nümayəndələr qatılıb.
Azərbaycan Texniki Universitetinin professoru Əyyub Kərimov konfransın Rəyasət Heyətində ölkəmizi təmsil edib və Türkmənistan Dövlət Universitetində keçirilən beş bölmədən ibarət beynəlxalq tədbirin birinci bölməsinə rəhbərlik edib.
Ə.Kərimovun "Ali məktəblərdə “Azərbaycan multikulturalizmi” və “Multikulturalizmə giriş” fənlərinin tədrisinin tələbələrin ümumbəşəri dəyərlər ruhunda tərbiyə edilməsində rolu” mövzusundakı çıxışı və iştirakçılara nümayiş etdirdiyi Azərbaycanda multikultural mühiti əks etdirən qısa sənədli film çox böyük maraqla qarşılanıb.
40-a yaxın ölkədən 300 alimin iştirak etdiyi konfransın gedişi zamanı erməni nümayəndələrinin Dağlıq Qarabağ problemi və Azərbaycan multikulturalizmi ilə bağlı əcnəbi iştirakçılar arasında apardığı yalan, çaşdırıcı təbliğatın qarşısı alınıb. Tədbir iştirakçılarına əsl həqiqətlər real tarixi faktlar və məntiqi dəlillər əsasında izah edilib. |
|
24.11.2019 | 15:26 | |
|
|
|