ADNSU tələbələrinin istehsalat təcrübəsi davam edir | |
Mayın 2-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) bir qrup professor-müəllim heyəti “Baku Steel Company” şirkətində olublar. Görüşdə neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov, “Mexanika” kafedrasının müdiri, professor Ələsgər Əliyev, neft-mexanika fakültəsinin dekan müavini Tahir Süleymanov və ADNSU-nun İctimaiyyətlə əlaqələr və marketinq departamentinin istehsalat təcrübəsi bölməsinin rəhbəri Şahin Göyüşov iştirak ediblər.
“Baku Steel Company”nin bir neçə yüksək vəzifəli təmsilçisi ilə görüşlər keçirən ADNSU nümayəndələrinə şirkətin iş prinsipi, burada istehsal olunan məhsullar haqqında məlumat verilib. Tələbələrin təcrübə prosesini müşahidə edən professor-müəllim heyəti şirkətdə istehsalat təcrübəsi keçən tələbələr üçün yaradılan şəraitlə tanış olublar.
Sonra müəssisədə tələbələrlə görüş keçirilib. ADNSU-da daim əmək bazarının müasir tələblərinə uyğun şəkildə kadrların yetişdirilməsinə səy göstərildiyini deyən dosent Əli Hikmət Əhmədov bu istiqamətdə universitetdə aparılan islahatlardan danışıb. Tələbələrin qazandığı nəzəri biliklərin praktikada tətbiqinin vacibliyini vurğulayan Ə.Əhmədov universitetin layihəsi olan gündəlik təcrübə proqramının tələbələrə verdiyi üstünlükləri qeyd edib. Görüşdə həmçinin, buraxılış mövzularının istehsalat müəssisəsi ilə uyğunluğu, təhlükəsizlik qaydaları və başqa məsələlər ətrafında müzakirələr aparılıb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. |
|
03.05.2018 | 12:37 | |
|
|
|