Özbəkistan ali məktəbləri ilə əməkdaşlıq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Daşkənd Dövlət Texniki Universitetinin rektoru, professor Sədrəddin Turbacanov və Daşkənd Kimya-Texnologiya İnstitutunun direktoru Qaffar  Rəhmanberdiyev ilə görüşüb.

 

Azərbaycanla Özbəkistan arasındakı təhsil əlaqələrindən danışan M.Babanlı ADNSU-da həyata keçirilən islahatlardan, ikili proqramlar və beynəlxalq əməkdaşlıqdan da bəhs edib.  O, Özbəkistan universitetləri ilə tələbə mübadiləsi və ikili diplomlar üzrə yeni layihələrə maraqlı olduqlarını bildirib.

 

Professor S.Turbacanov ADNSU-nun tədris təcrübəsindən faydalanmaq və birgə tələbə mübadiləsi aparmaq üçün əməkdaşlığın onlar üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

 

Daşkənd Kimya-Texnologiya İnstitutunun direktoru Q.Rəhmanberdiyev elmi-texniki istiqamətlə yanaşı, 2-ci ali təhsil üzrə də ADNSU ilə birgə yeni proqramların hazırlanmasında maraqlı olduqlarını diqqətə çatdırıb.

 

Görüşün sonunda tərəflər arasında əməkdaşlıq müqaviləsinin imzalanması üçün razılığa gəlinib.



20.11.2019 | 11:41