Astarada “Voltran” Robototexnika sərgisi | |
Cənub bölgəsinin kənd məktəbləri arasında ilk dəfə olaraq “Voltran” Robototexnika sərgisi Astarada Qapıçıməhəllə kənd ümumi orta məktəbində keçirilib. Məktəbin direktoru Elnur Quliyev, layihə rəhbəri Həbib Əlizadə sərgi haqqında məlumat verərək, layihənin əsas məqsədinin rayon şagirdləri arasında robototexnika sahəsi üzrə bilik və bacarıqlar formalaşdırmaq və onlara dünya trendlərini çatdırmaq olduğunu bildirib.
“Voltran” layihəsinin baş təlimçisi Emin Bayramovun rəhbərliyi ilə şagirdlər robototexnika - lego yarışmaları keçiriblər. Sonra dron uçurublar, 3D qələm işləri və elektronika üzrə təqdimatlar ediblər.
Sərgi ilə rayonun rəsmi şəxsləri, məktəb direktorları, valideynlər və şagirdlər də yaxından tanış olublar.
Məlumat üçün bildirək ki, “Voltran Robototexnika üzrə yay məktəbi” layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü Qrant müsabiqəsinin qalibi olmuş layihələrdəndir. Layihəyə 6 məktəbdən 20 şagird seçilib. |
|
19.11.2019 | 18:29 | |
|
|
|